“Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusu müzakirə edilir
Yanvarın 30-da UNEC-də “Təhsilin sosial – iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Tədbirdə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ictimai xadimlərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Çin, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Litvadan olan nümayəndə heyəti iştirak edib.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər.

Rektor ölkə prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin qarşıya qoyduğu əsas vəzifə və hədəflərə nail olunmasında, müasir tələblərə cavab verən kadr hazırlığının qaçılmaz olduğunu deyib. Mühüm sənədin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu bildirən rektor, bu vəzifələrin icrasında universitetlərin üzləşdiyi məqamlara diqqət çəkib: “Cəmiyyətdə ali təhsilə olan tələblə həmin tələbin ödənilməsində böyük uyğunsuzluq var. Cəmiyyət öz inkişafı ilə təhsil sistemini bir neçə il qabaqlayır. Digər məqam ondan ibarətdir ki, savadlılığın qlobal miqyasda artması dünyada bərabərsizliyin artması ilə müşayiət olunur”. Ə.Muradov bütün bunlara baxmayaraq, sosial-iqtisadi inkişafda təhsilin mühüm rola malik olduğunu qeyd edib.
Universitetlərin tədqiqat mərkəzinə çevrilməsini qaçılmaz hesab edən rektor bu istiqamətdə UNEC-də zəruru infrastukturun yaradılması prosesinin sürətləndirildiyini bildirib: “UNEC-də Elmi Tədqiqat İnstitutunun işi yenidən qurulur, elmi tədqiqat laboratoriyaları yaradılır. Onlardan biri SOCAR-in sifarişi əsasında dünyada ilk dəfə olaraq, “Azəri

Nazir müavini yüksək tələblərə cavab verən insan kapitalının yetişdirilməsində təhsillə elmin vəhdətinin müstəsna rolunu vurğulayıb.

İ.Həbibbəylinin sözlərinə görə, elm, təhsil, texnologiya sahəsində digər resurslar yenidən kəşf olunmalıdır: “Təhsilin qarşısında duran məsələ, təbii resursların daha dərindən araşdırılması, öyrənilməsi, cəmiyyətdə istifadə edilməsindən ibarətdir. Bu sahədə təhsilin rolu vacibdir”.

Biliklərin kommersiyalaşdırılmasında problemlərin olduğunu qeyd edən nazir müavini dövlət idarəetmə strukturları ilə elm və təhsil müəssisələrinin birgə fəaliyyətinin vacibliyini vurğulayıb: “Bu gün elə ixtisaslara tələbat yaranır ki, biz bunu təmin etməliyik. Ölkədə yeni postneft iqtisadi modelinin formalaşmasında təhsilin, elmin, iqtisadiyyatın və insan kapitalının rolu böyükdür. Ölkə başçısı tərəfindən müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün bu amilləri birləşdirərək qarşımızda duran məqsədlərin həyata keçirilməsini birlikdə müşahidə edəcəyik”.


Konfrans “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda sessiyalarda işini davam etdirib. Sessiyalarda yerli və xarici ekspertlərin məruzələri dinlənilib.
Konfrans iki gün davam edəcək.





Şərhlər