Menu

Elmar Məmmədyarov Sergey Lavrovla görüşündən danışdı

31.01.2017, 12:41

"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm"

7841B8AF-3342-4E00-B56B-177C1A0A45C0_w987_r1_s

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Rusiya üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə çalışır: "Azərbaycan bu görüşə razılığını verib".

Qeyd edək ki, yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol