Menu

«Donbasda vəziyyətin gərginləşməsinə görə, məsuliyyti Rusiya daşıyır!» - Ukrayna XİN

31.01.2017, 14:32
«Donbasda vəziyyətin gərginləşməsinə görə, məsuliyyti Rusiya daşıyır!» - Ukrayna XİN

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Donbasda vəziyyətin gərginləşməsinə görə, Ukrayna xarici işlər nazirliyi (XİN) bütün məsuliyyəti Rusiyanın üzərinə qoyur. Bu barədə məlumat yanvarın 30-da XİN-nin saytında yerləşdirilib.

Rusiya tərəfi isə bu arada qeyd edir ki, ukraynadaxili münaqişə ilə hər-hansı bağlılığı yoxdur.

«Hazırda Donbasda gərginliyin artması açıq-aydın göstərir ki, Rusiya Federasiyası Minsk razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobudcasına qulaqardına vurur və vəziyyətin sabitləşməsinə imkan verməmək, təhlükəsizlik və humanitar sahələrdə hər-hansı irəliləyişin qarşısını almaq niyyəti güdür» - deyə, nazirliyin bəyanatında qeyd olunur.

Ukrayna XİN «Donbasdakı təhlükəli gərginliyin dayandırılması və bölgədə humanitar fəlakətdən qaçmaq üçün Kremlə siyasi-diplomatik təzyiqin gücləndirilməsi xahişi ilə» beynəlxalq həmkarlarına müraciət göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol