Menu

Tramp ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Salli Yeytsi işdən azad edib

31.01.2017, 12:36
Tramp ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Salli Yeytsi işdən azad edib

AzPolitika.info xavrici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, yeni Prezidentin immiqrasiya haqqındakı məlum fərmanını dəstəkləməkdən boyun qaçırdığına görə, Baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeytsi işdən azad edib.

Xanım Yeyts Trampın sözügedən fərmanının qanuniliyinə şübhə etdiyini bildirib. Fərman 90 gün ərzində müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişini qadağan edir və ökəyə qaçqınların qəbulu prosesini 120 gün müddətinə dayandırır.

Bununla bağlı Ağ evin yaydığı bəyanatda deyiir ki, Baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeyts, yeni Prezidentin ABŞ vətəndaşlarının qorunmasını nəzərdə tutan qanuni fərmanını icra etməkdan boyun qaçırıb və bununla da Ədliyyə nazirliyini «satıb».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol