Menu

Ermənistanın müdafiə naziri İranda - FOTOLAR

31.01.2017, 16:20
Ermənistanın müdafiə naziri İranda - FOTOLAR

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, səfər İranın müdafiə naziri Hüseyn Dehqanın rəsmi dəvəti ilə gerçəkləşib.

İki nazirin təkbətək görüşündə H. Dehqan İranla Ermənistan arasında tarixi və mədəni bağların olduğunu deyib: “İran həmişə qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasını isətyib, regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün mübarizə aparıb. Regiondakı problemlər danışıqlar yolu ilə həll oluna bilər. İran problemlərin həlli üçün əlindən gələn yardımı etməyə hazırdır”.

İranın müdafiə naziri Ermənistanla əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

V. Sarkisyan bildirib ki, Ermənistan İranla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır: “Bu səfər hərbi sahədə əməkdaşlıq üçün zəmin yarada bilər. Biz regionda və qonşu ölkələr arasında hər hansı gərginliyin yaranmasını istəmirik”.

O, Qarabağ münaqişəsinin həllində İranın səylərini artırmasını arzuladığını vurğulayıb.

img-20170131-wa0023 img-20170131-wa0025 img-20170131-wa0026

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol