Melani Trampın immiqrasiya sənədləri ictimaiyyət önünə çıxarılmalıdır.
Axar.az Politiko nəşrinə istinadən xəbər verir ki, bu sözləri Kaliforniya senatoru deyib.
Onun sözlərinə görə, əgər Tramp bu qədər ciddi miqrasiya siyasəti yeritmək niyyətindədirsə, onda Melaninin bütün sənədlərini ortaya çıxarsın.
Senat üzvü Nensi Skiner sözügedən məsələ ilə bağlı danışıb:
“Heç kimə məlum deyil ki, Melani Tramp o miqrasiya sənədlərini hansı şəraitdə və hansı şərtlərlə alıb. Özlərinə işləyən bəzi hüquqşünaslardan başqa heç kim Melaninin sənədləri ilə tanış deyil. Tələb edirik ki, bu sənədlər ortaya çıxarılsın”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.



Şərhlər