Menu

İşgəncələrə məruz qalan Zaman Orucov dindirilib - DİN tərəfindən

31.01.2017, 20:45
İşgəncələrə məruz qalan Zaman Orucov dindirilib - DİN tərəfindən

Xaçmaz rayon polis şöbəsində işgəncələrə məruz qaldığını bildirən Zaman Orucov dindirilib.

"AzPolitika.info" xəbər verir ki, yanvarın 22-dən 23-nə keçən gecə Xaçmaz rayon polis şöbəsində vəhşicəsinə döyüldüyünü və işgəncələrə məruz qaldığını söyləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini Zaman Orucov bu gün evində dindirilib. Onun qardaşı Şaiq Orucovun “Şimal xəbərləri”nə verdiyi məlumata görə, Zamanı DİN Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı Natiq Abdullayev sorğu-sual edib. Zamandan izahat da alınıb. İddiaçı Xaçmaz RPŞ-də başına gətirilənləri olduğu kimi yazıb.

DİN rəsmisini yalnız sahə müvəkkili müşayiət edib. Dindirilmə prosesində ancaq Zaman Orucovun yaxınları iştirak ediblər. Ş. Orucovun məlumatına əsasən, onlar Xaçmaz RPŞ-nin rəis müavini Amil Tahirlinin tutduğu vəzifədən azad edilməsi məsələsini qaldırıblar.

Nəzərinizə çatdıraq ki, Z.Orucovuna işgəncəyə məruz qalmasına səbəb, onun avtomobil oğurluğunda şübhəli bilinməsi olub. Zaman Orucov: ”Rayonda bir avtomobil oğurluğu hadisəsi baş verib. Oğurlanan maşını kimsə qoşquya götürüb. Polislər də qoşquya götürən maşının sürücüsünün mən olduğumdan şübhələniblər. Lakin deyilənə görə, sonradan oğurlanan maşın da, qoşquya alan da tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol