AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, alimlər Ayın Yer atmosferindən «oksigen oğurlaması»ndan şübhələniblər. Yaponiyalı alimlər oksigen ionlarının Yer atmosferindən Aya ötürülməsini təsdiqləyiblər.
Yapon zondu «Kaguya», Yerin Günəşlə Ay arasında olduğu müddət ərzində, hər ayın bir neçə günü Ayı bürüyən oksigen ionları axınını qeydə alıb. Ayın səthinə çökən bu hissəciklər planetimizin özü və atmosferi haqqında qiymətsiz məlumatları özündə qoruyub saxlayır. Bu barədə, «Nature Astronomy» jurnalında dərc olunmuş məqalədə söhbət açılır.
Bizim ulduzumuz Günəş küləyi ilə fasiləsiz olaraq, yüksək enerjili hissəciklər axını şüalandırır. Onlar praktiki olaraq, Yer səthinə gəlib çatmırlar: planetin maqnitosferası onları dəf edir və saxlayır. Hər ay 5 gündən bir qədər artıq müddətdə - Yerin Günəşlə Ay arasında dayandığı müddətdə - planetin maqnitosferası həm də Ayı Günəş küləyindən «ekranlaşdırır». Ancaq Yer atmosferinin yuxarı qatlarından çıxan ionlar Ayı bombardman edir. Yapon zondu «Kaguya» nın apardığı müşahidələr bu mexanizmi təsdiqləyib.
2008-ci ildə məqsədli orbitə çıxarılmış aparat həm də Yerin Ayı ekranladığı dövrdə onu müşahidə edib və planetdən Aya uçub gələn hissəciklər axınını qeyd alıb. Bu, məhz həmin dövrdə Ay səthinə hiss olunacaq qədərində uçub gələn oksigen ionlarının öyrənməyə imkan verib. Məlum olub ki, həmin dövrdə Ay səthinə gələn ionların enerjisi 1-10 keV - təxminən, hər saniyədə 26 min hissəcik olur. Bu ionların izotop tərkibi Yer atmosferinin yuxarı qatlarının tərkibinə uyğun gəlir. Yerdə molekulyar oksigen fotosintez prosesi sayəsində əmələ gəlir ki, bu da ona unikal və daha ağır profili nüvələrin üstünlük təşkil etdiyi asan tanınan izotop profili verir.
Alimlər qeyd edirlər ki, həmin hissəciklər Ay səthinə çökür və milyon illər ərzində toxunulmamış qala bilirlər. Deməli, onlar planetimizin keçmişini öyrənməyə gözəl imkan yaradırlar. Məsələn, Ay səthində oksigenin «peyda olması» tarixini dəqiq öyrənməklə, Yerdə fotosintez prosesinin və «oksigen inqilabı»nın başlanması tarixini müəyyən etmək mümkündür.


Şərhlər