Menu

Bakıda dəhşət - Oğul atasını benzinlə yandırdı

01.02.2017, 11:49
Bakıda dəhşət - Oğul atasını benzinlə yandırdı

Bakıda oğul atasını yandıraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 31 yaşlı İlyas Mehdiyev 1936-cı il təvəllüdlü İmdad Mehdiyevin üzərinə benzin tökərək onu və yaşadığı evi yandırıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol