Menu

Mənsimov Trampla fotoşoplu "görüşündən" danışıb - GÜNAHKAR KİMDİR?

01.02.2017, 14:52
Mənsimov Trampla fotoşoplu "görüşündən" danışıb  - GÜNAHKAR KİMDİR?

Azərbaycanlı milyarder Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampla birgə fotoşoplu şəkillərinin yayılmasına münasibət bildirib.

Mövzu ilə əlaqədar "Deniz Xəbər Agentliyinə" açıqlama verən "Palmali" şirkətinin rəhbəri bu cür iddiaların onu üzdüyünü qeyd edib:

"Mənim Facebook-da şəxsi hesabım yoxdur. Yalnız şirkətimiz adına açılmış bir dənə rəsmi hesab var. Mənim adıma açılmış onlarla saxta hesab var. ABŞ prezidenti Trampla fotoşoplu şəkilim saxta hesablardan birində paylaşılıb. Azərbaycanda bir-iki mətbuat bu xəbərləri saxta hesablardan götürüb və yayımlayıb. Daha sonra şəkillərin fotoşoplu olduğunu ifadə edərək məni tənqid ediblər. ABŞ-ın hörmətli prezidenti Donald Trampla tanışıq. Onun prezident seçilməsindən sonra 20 Yanvar 2017-ci il tarixində baş tutan mərasimdə iştirak etdik. Daha sonra Konqres Mərkəzində verilən qəbula qatıldım. Burada hörmətli prezident Trampla görüşmək imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa bir söhbətimiz olub. Hətta ona ABŞ-da ofis açacağımızı ifadə etdim", - deyə M.Mənsimov bildirib.

Facebook-da olan profillərlə əlaqəsi olmadığını və onların saxta olduğunu söyləyən iş adamı haqqında yalan yazan mətbu orqanları məhkəməyə verəcəyini bildirib.

"“Qara piar”la Azərbaycandan bizə zərbə vurmağa çalışırlar. Amma bunu bacarmazlar. Biz küllərdən yenidən doğulmuş insanlarıq. Ən aşağı düşüb, yenidən qalxan insanlarıq. Biz buradayıq. Heç bir qüvvə bizi qorxuda bilməz” - deyə, M.Mənsimov bir başqa sayta açıqlamasında deyib.

Lakin maraqlıdır ki, sözügedən saxta fotolar hansısa saxta profildən deyil, “Palmali”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu tərəfindən yayılıb. H.Cəbrayıloğlu özü də saytlara "səhvən" saxta fotoları göndərdiyini etiraf edib. Belə olduqda M.Mənsimovun özünü əzabkeş kimi göstərərək, saytları məhkəmə ilə hədələməsi, onları "qara piar"da ittiham etməsi başadüşülən deyil.

V.Nəsibov

mubariz

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol