Menu

İran dünyanı qorxudan yeni hərbi texnika ixtira edib- FOTO

17.05.2014, 18:31
İran dünyanı qorxudan yeni hərbi texnika ixtira edib- FOTO

İran görünməyən təyyarələri aşkarlayan RLS hazırlayıb.İranın "Fars" xəbər agentliyinin məlumatına görə, yaxın günlərdə RLS-in sınaqları keçiriləcək:

“İran İslam Respublikası gizli və radarda görünməyən təyyarələri (stealth) aşkarlamağa imkan verən yeni radiolokasiya stansiyalarının (RLS) sınaqlarını keçirəcək. İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib ki, yeni RLS-in təqdimatı sentyabrın 1-də Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının yaranmasının ildönümündə keçiriləcək. General Fərzad İsmaili sözlərinə görə, bu RLS iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunub”, - deyə agentliyin xəbərində qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol