Menu

BMT baş katibi Trampın miqrasiya fərmanlarına qarşı çıxıb

01.02.2017, 22:57

bmt bas katibBMT baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanlarını tənqid edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, ABŞ-da tətbiq edilən son məhdudiyyətlərin terrorçulardan müdafiə üçün kifayət etmədiyini vurğulayıb.

“Fərmanlar dini diskriminasiya xarakteri daşıyır, müasir cəmiyyətin prinsipləri və dəyərlərinə ziddir. Bu fərmanlar ləğv edilməlidir. Nə qədər tez, o qədər yaxşı”, deyə Antoniu Quterreş bildirib.

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol