Menu

Afina Türkiyəni sərhədi 138 dəfə pozmaqda ittiham edir

02.02.2017, 14:27
Afina Türkiyəni sərhədi 138 dəfə pozmaqda ittiham edir

Türkiyə ilə Yunanıstan arasında 15 iyul hadisəsindən sonra yaranan gərginlik davam edir.Axar.az xəbər verir ki, Yunanıstanın Müdafiə Nazirliyi Türkiyənin 138 dəfə ölkənin hava sərhədini pozduğunu açıqlayıb.

Nazirliyin səlahiyyətliləri sərhədi pozan təyyarələrin qarşısının alındığını, bu cür pozuntuların son vaxtlar xeyli artdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Yunanıstan iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən 8 hərbçini rəsmi Ankaraya təhvil verməkdən boyun qaçırandan sonra hər iki ölkə arasında vəziyyət gərginləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol