Mayın 18-dən 21-dək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-da maddi-texniki təminat dəstəyi” mövzusunda təlim kursu təşkil ediləcək


Şərhlər