Menu

RUSİYANIN YENİ MİQ-35 QIRICISI – Putinin dedikləri həqiqətdirmi?

03.02.2017, 19:47
RUSİYANIN YENİ MİQ-35 QIRICISI – Putinin dedikləri həqiqətdirmi?

Rusiyanın bir çox hərbi layihələrində hər şey zənn edildiyi kimi deyil. ”Rusiya Təyyarəqayırma Şirkəti MİQ”in istehsal etdiyi “MİQ-35” qırıcısıyla da məhz bu baş verib.

“MİQ-35”-in bu günkü versiyası, 2011-ci ildə Hindistanın imtina etdiyi və fransızların “Rafale”-na üstünlük verdiyi təyyarə deyil. Çox güman ki, yeni “MİQ-35” göyərtə aviasiyası üçün nəzərdə tutulmuş “MİQ-29KR” qırıcısının bazası əsasında təkmilləşdirilmiş variantdır. Hərçənd ki, Rusiyada müvafiq texnologiyanın olmasına baxmayaraq, bu təyyarənin dartı vektorunu idarəedicisi və “aktiv fazalı antena qəfəsli” radiolakasiya stansiyası(RLS) yoxdur.

Yeni təyyarə mahiyyət etibarı ilə “MİQ-29 KR”-nin modernləşdirilmiş versiyasıdır. RLS antennasının olmaması texniki problemlərdən deyil, maliyyə çatışmazlığından qaynaqlanır.

Əgər yeni qırıcı sadəcə olaraq “MİQ-29KR” variantının yenilənmiş versiyasıdırsa, bəs onda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə həyata keçirilmiş və çox diqqətlə hazırlanmış video konfrans nə üçün lazımdır? Cavab çox sadədir: reklam üçün.

Əslində “MİQ-35”-in yaradılması ilə əlaqədar bütün bu işlər yalnız bir məqsəd daşıyır - “MİQ Təyyarə Qayırma Şirkəti”nin saxlanılması. Rusiyada belə bir president mövcuddur.

Belə ki, “Su-30M2” təyyarəsinin yaradılması yalnız “Komsomolski na-Amure” aviasiya istehsalat birliyindəki planerin saxlanılması üçün həyata keçirilirdi. Bütün bu “MİQ-35” layihəsi də “MİQ”-dəki istehsalat xəttinin və ixracın saxlanılması üçün nəzərdə tutulub. Texniki xüsusiyyətlər burada ikinci dərəcəli faktordur.

Rusiya Müdafiə Nazirliyi təyyarənin RLS varinatı ilə olmasını istəyir, amma buna baxmayaraq “MİQ-35”-i ucuz almaq niyyətindədir. MİQ-ləri almaq imkanında olan xarici sifarişçilər isə bu təyyarələri qiymət faktorundan irəli gələrək, əvvəlki kimi RLS sistemi olmadan da əldə edirlər.

Putinin nəzərdə tutduğu həmin RLS çox böyük ehtimalla “aktiv fazalı qəfəsli antenna” ilə təchiz edilib. “MİG-35” eyni anda 10 dan 30-a kimi hədəfləri müşahidə etmək qabiliyyətindədir və həm yer üstündə və həm də ki, dəniz üzərində işləyir.

Videokonfrans zamanı Putin qeyd edib: ”Bu doğurdan da maraqlı və unikal maşındır və beşinci nəsilə yaxınlaşan -4++ təsnifatına aid edilməlidir”. Amma iş ondadır ki, ”MİG-35” radarlarının “aktiv fazalı qəfəsli antenna” ilə heç bir əlaqəsi yoxdur.

Zamanla “MiG-35”-lər Rusiya Hərbi Hava Qüvvələrinin sırasına daxil olacaq. Lakin bu təyyarələr əsas etibarı ilə ixrac üçün nəzərdə tutulub. Məhz ona görə də Vladimir Putinin iştirakı ilə keçirilən videokonfrans zamanı daha çox diqqət bu təyyarələrin xaricə satılması üzərində dayanmışdı.

Rusiya HHQ “Flanker” ailəsindən olan (NATO-nun kod adı verdiyi təyyarələr) daha yüksək xarakteristikaya və müxtəlif planları yerinə yetirmə qabiliyyətinə malik təyyarlərlə maraqlanır.

Birləşmiş aviatikinti şirkətinin baş konstruktoru və həmin şirkətin innovasiyalar üzrə vitse prezidenti Segey Korotkov Putinə deyib: “Biz MiQ-35 təyyarəsindəkı silahlarla inteqrasiya olunmuş çox spektrli sistem yarada bilmişik və bununla yanaşı 4++ nəslinə aid olan digər sistemlərlə kompleks təşkil eimişik. Ümid edirəm ki, sınaqların keçirilməsindən sonra müdafiə nazirliyi bu maşınları alacaq və xarici sifarişçilər də həmçinin bizə gəlib müqavilə imzalayacaqlar”.

Ancaq Korotkovun bəyənatı ilk növbədə xahişdir. Çünki “Suxoy” şirkətinin şübhəsiz üstünlüyü şəraitində “MİQ-35”, ”MİQ” konstruktor bürosunun ayaq üstə dayana bilməsinin son ümididir. “MİQ-35” qambitinin hansısa nəticə verəcəyini və “MİQ konstruktor bürosu”na köməklik göstərə biləcəyini zaman göstərəcək. Lakin onu demək lazımdır ki, “Suxoy” şirkəti ilə müqayisədə qüvvələr nisbəti onun xeyrinə deyil.

(“The National İnterest”-ABŞ)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol