“Mühafizəçilər müdaxilə etmək istəyərkən baş nazir onları kənara itələdi"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Soma ziyarəti zamanı marketdə vurduğu şəxs baş nazirdən üzr istəyib. ANS PRESS-in məlumatına görə, Taner Kuruca adlı şəxs Ərdoğanın onu vurmadığını, əksinə olaraq onu müdafiə etdiyini söyləyib: “Mühafizəçilər müdaxilə etmək istəyərkən baş nazir onları kənara itələdi. Mən o görüntülərin yayımlanmasından sonra, internet saytlarına və televiziyalara zəng vurdum. O axşam çıxdığım canlı yayımda isə yalnış sözlər söylədim. Baş nazirdən üzr istəyirəm”.
Xatırladaq ki, bir neçə gün öncə Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanmışdı. Etiraz CHP-çilər və "Gülənçilər" təşkil etmişdi. Sonra da Ərdoğana iftira atmışdılar.
Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Son məlumatlara görə, ölənlərin sayı 301-ə çatıb.


Şərhlər