Menu

Xəstəxanada  daha bir ölüm hadisəsi - Həkimlər günahlandırılır

04.02.2017, 12:46
Xəstəxanada  daha bir ölüm hadisəsi - Həkimlər günahlandırılır

Bakıda xəstəxanada serroz xəstəliyindən müalicə olunan 62 yaşlı kişi ölüb.

"Report"un xəbərinə görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, serroz xəstəliyindən əziyyət çəkən 1955-ci il təvəllüdlü Hüseynov Vüqar paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. O, müalicə aldığı xəstəxanın reanimasiya şöbəsində dünyasını dəyişib. Onun yaxınları V.Hüseynovun ölümündə həkimləri günahlandırır.

V.Hüseynovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol