Menu

Jirinovski Lukaşenkonu «iki ananı əmən buzov»a bənzədib

04.02.2017, 19:00

Vladimir Jirinovski 301211AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Belarus Prezidenti Aleksandr Lukaşenkonu rus atalar məsəlindəki «iki ananı əmən» mehriban buzova bənzədib. Xəbəri «İnterfaks» agentliyi yayıb.

«Ruslarda belə bir atalar məsəli var: iki ananı əmən mehribar buzov. Bax, Belarus Prezidenti Rusiyadan mümkün olan hər şeyi əmib qurtardı, ancaq biz, artıq deyirik: daha nə qədər olar? Lukaşenko nə istəyir? Ayrıca dövlətdir, amma qiymətlər qoy, Rusiya qiymətləri olsun. Nə münasibətlə? O zaman, Siz də gəlin, bizim dövlətin bir hissəsi olun. Bax, indi oturub: Rusiya - ver, Avroittifaq - ver, deyir. Necə də yaxşıdır…» - deyə, Jirinovski partiyasının qurultayında deyib.

Jirinovski onu da qeyd edib ki, Moskva həmişə Ukraynanın, Belarusun, Qazaxıstanın vətəndaşlarına və Orta Asiyalılara müsbət yanaşacaq.

Bundan əvvəl - 2013-cü ildə Jirinovski analoji müqayisəni Ukrayna hakimiyyəti ilə aparmışdı: «Mehriban buzov iki ananı əmir. Ancaq Ukraynalı buzov iki yox, üç ananı əmir - Rusiyanı, Avropa İttifaqını və Amerikanı. Sadəcə, biz çox veririk. Əgər Brüssel çox versəydi, artıq şənbə günü o (Yanukoviç - red.hər şeyi imzala), hər şeyi imzalamışdı».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol