Menu

"İran bir nömrəli terror dövlətidir" - Tramp

06.02.2017, 09:20
"İran bir nömrəli terror dövlətidir" - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-a "qətiyyən hörmət qoymur" və o, "bir nömrəli terror dövlətidir".

"Report" xəbər verir ki, bunu o "Fox News" telekanalına müsahibəsində deyib.

"İran bizim ölkəmizə qətiyyən hörmət etmir. O, bir nömrəli terror dövlətidir. O, silahlanmaya pul yatırır", — deyə Tramp əlavə edib.

ABŞ prezidenti İslam Respublikasına qarşı sanksiyalar mövqeyindən hərəkət edəcəyinə vəd verib və əlavə edib ki, ABŞ "artıq bunu etməyə başlayıb".

O öz hərəkətləri barədə əvvəlcədən xəbərdarlıq etməyəcəyini bildirib. Trampın sözlərinə görə, o, xələfi Barak Obamanı həmişə "Mosula və ya digər dövlətlərə qoşun çıxaracağı barədə əvvəlcədən xəbər verdiyinə" görə tənqid edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol