Menu

Filippin katolik kilsəsi Duterteni terrorda ittiham edib!

06.02.2017, 10:26

duterteAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Filippinin katolik kilsəsi ölkə Prezidenti Rodriqo Dutertenin başladığı narkotiklərlə mübarizə kampaniyasını «kasıblara qarşı terror» adlandırıb.

Kilsə xüsusilə, öldürülən insanların taleyinə yönəlik hakimiyyətin nümayiş etdirdiyi biganəlikdən narahatlıq keçirdiyini bildirir. Belə ki, ölkədə həyata keçirilən antiterror kampasiyası çərçivəsində indiyə qədər bir neçə min insan öldürülüb.

Hüquq müdafiəçilərinin və həlak olanların qohumlarının bildirdiyinə görə, əksər hallarda müdafiəsiz insanlar polisin qurbanı olurlar.

Kilsənin bəyanatı bazar günü ibadəti zamanı ölkənin bütün kilsələrində oxunub.

Ötən həftə, Prezident antiterror əməliyyatlarını müvəqqəti olaraq dayandırıb. Səbəb kimi polis sıralarında korrupsiyanın yayılması irəli sürülür.

«Siz, polislər, ən çox korrupsiyalaşmısınız. Siz, xirtdəyinizə qədər korrupsiyalaşmısınız. Bu, sizin sisteminizdir» - deyə, Prezident bəyan edib.

Dutertenin sözlərinə görə, ölkə polisinin təxminən, 40 faizi qeyri-qanuni fəaliyyətə cəlb olunub. O, korrupsioner məmurları hədələyib və deyib ki, onları vertolyotdan tullayacaq.

Prezident, polisin sıralarını təmizləyəndən sonra, antiterror kampaniyasını bərpa edəcəyini deyib. O, həm də narkotiklərlə mübarizənin 2022-ci ilə qədər (Dutertenin Prezident səlahiyyətlərinin bitəcəyi tarix) davam edəcəyini bildirib.

Duterte, Prezident seçilən kimi ölkədə narkobiznesin və korrupsiyanın kökünü kəsəcəyini vəd edib - milyonlarla insan həyatı bahasına olsa belə.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol