AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərinin hökumət başçısı Migel Anxel Mansera tarixdə ilk dəfə olaraq, paytaxtın konstitusiyasını imzalayıb.
Bu sənədə əsasən, məsələn, Mexiko şəhərində evtanaziya hüququ və marixuana (narkotik maddə) leqallaşdırılıb.
Marixuananın leqallaşdırılmasının tərəfdarları hesablayıblar ki, yerli hökumətin bu addımı vergi ödəmələri şəklində hər il şəhər büdcəsinə təxminən, 50 milyon dollar gəlir gətirə bilər. Bu vəsaitin məktəb tikintisinə və səhiyyə sahəsində müəyyən proqramların həyata keçirilməsinə yönəldiəcəyi gözlənilir.


Şərhlər