Türkiyədə keçirilən ikigünlük antiterror əməliyyatı nəticəsində Bursa əyalətində də terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən çoxlu adam saxlanılıb.
“Anadolu” agentliyinin məlumatına görə, onların sayı 105 nəfərdir.
Məlumata əsasən, onların 59-u xarici ölkə vətəndaşıdır. Belə ki, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.

Şərhlər