Menu

Daha bir ölkə marixuana satışını qanuniləşdirdi

09.02.2017, 09:21
Daha bir ölkə marixuana satışını qanuniləşdirdi

Peruda Nazirlər Şurası tibbi məqsədlər üçün marixuananın qanuniləşdirilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə ölkə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, marixuanadan yalnız tibbi məqsədlər üçün, kəskin ehtiyac yarandığı zaman istifadə oluna bilər.

Perunun daxili işlər naziri epilepsiya, Alsqeymer və digər bu kimi ağır xəstəlikdən əziyyət çəkən xəstələrin faciəsini bölüşdüyünü bildirib.

Qeyd edək ki, daha öncə belə bir qanun layihəsi digər Latın Amerikası ölkəsi - Meksikada da qəbul edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol