Menu

«Rusiya PKK və YPG-ni terror təşkilatı olaraq qəbul etmir» - Rusiya XİN

09.02.2017, 10:50

pkk ocalanRusiya Xarici İşlər Nazirliyinin Avropa deparatamentinin rəhbəri Aleksandr Botsan, Rusiyada PKK və Suriyadakı YPG təşkilatlarını terrorist olaraq tanımadıqlarını açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, "RİA" xəbər agentliyinə verdiyi açıqlamasında terror təşkilatı PKK ilə Suriyadakı davamı YPG-yə Rusiyanın necə baxdığı ilə əlaqədar sualı cavablayan Botsan, "Rusiya Federasiyası, Türkiyədəki PKK ilə Suriyadakı YPG-ni terrorist təşkilatlar olaraq görmür. Rusiyada bu iki təşkilat, rəsmi terror təşkilatı olaraq qəbul edilmir. Bu bir həqiqətdir. Bunun yanında terror hadisələrinə qarşı həssas davranırıq. Terror aktı həyata keçirən şəxslər haqqında icra edilən istintaq nəticələrinə görə qiymətləndirmə edirik", deyib.

Botsan bununla yanaşı Rusiya ilə Türkiyə arasında son aylarda həyata keçirilən Suriyadakı yaxın əməkdaşlıq haqqında da danışaraq "Rusiya ilə Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Suriya dövlət başçısı Bəşər Əsədin gələcəyinin iki ölkə arasında davam etdirilən Suriya işbirliyindən daha geri planlarda yer alır" deyə açıqlama verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol