Menu

Rusiya səfirindən Lapşinin həbsi ilə bağlı açıqlama

10.02.2017, 12:31

vladimir doroxin rusiya sefiri azpolitika“Azərbaycan tərəfi Rusiya-Azərbaycan razılaşması üzrə öhdəliklərini yerinə yetirib”.

APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “İnterfaks-Azərbaycan”a müsahibəsində bloger Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, səfirlik Rusiya vətəndaşının saxlanması ilə bağlı vaxtında məlumatlandırılıb: “Fevralın 9-da, yəni, demək olar ki, bizim sorğumuzun göndərilməsindən bir gün sonra konsulluq işçisi Lapşinlə görüşüb. Gördük ki, həmin şəxsin saxlanma şəraiti normaldır, onun şikayəti yoxdur, vəkil müdafiəsi ilə təmin olunub. Səfirlik beynəlxalq hüquq normalarına və Azərbaycan-Rusiya razılaşmalarına uyğun olaraq Lapşin işinin obyektiv və ədalətli həllinə inanır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol