Menu

“Ölkədə vicdan və ədalətə uyğun olmayan durumlar görürəm” - Abdulla Gül

10.02.2017, 17:50

gulTürkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan qanun hökmündə qərarnamələr vasitəsilə universitetlərdən kütləvi xaricedilmələrə münasibət bildirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, A. Gül bu qərarlardan narahat olduğunu deyib: “Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan durumdur. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.

A. Gül yaranmış vəziyyəti üzüntü ilə izlədiyini söyləyib: “Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox durumlar görürəm”.

Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol