Menu

Rusiya qırıcısının səhvi, yoxsa "yanlış koordinasiya"? - Türkiyə SQ-dən cavab

10.02.2017, 22:33
Rusiya qırıcısının səhvi, yoxsa "yanlış koordinasiya"? - Türkiyə SQ-dən cavab

Türkiyə Silahlı Qüvvələri (SQ) ötən gün Suriyada Rusiya qırıcısının türk hərbçilərin ölümü ilə nəticələnən zərbəsinin "yanlış koordinasiya" ilə əlaqələndirilməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir ki, aviazərbə nəticəsində həlak olan türk hərbçilər 10 gündür eyni nöqtədə idilər: "Türkiyə SQ-nin üzvlərinin olduğu nöqtənin koordinatları son dəfə fevralın 8-i saat 23:11-də Hmeymimdəki Əməliyyat Mərkəzində müvafiq heyətə təkrar ötürülüb".

Qeyd edək ki, ötən gün Suriyada Rusiya qırıcısı türk hərbçilərin olduğu binanı atəşə tutub. Nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.

Rusiya tərəfi bunu "yanlış koordinat" verilməsi ilə əlaqələndirirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol