Menu

"ABŞ Avropanın siyasətinə qarışmamalıdır" - Moqerini

10.02.2017, 22:58
"ABŞ Avropanın siyasətinə qarışmamalıdır" - Moqerini

Necə ki, biz ABŞ-ın siyasətinə qarışmırıq

Birləşmiş Ştatlar Avropanın siyasətinə qarışmamalıdır, necə ki, Avropa İttifaqı (Aİ) Amerikanın işinə qarışmır.

"Report" xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

"Biz ABŞ-ın siyasətinə qarışmırıq. Və avropalılar da ümid edirlər ki, Amerika, həmçinin Avropanın siyasətinə qarışmayacaq", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol