Menu

Yay fəslinə qədər Avroittifaq Ukrayna ilə vizasız rejim tətbiq edəcək

11.02.2017, 00:44
Yay fəslinə qədər Avroittifaq Ukrayna ilə vizasız rejim tətbiq edəcək

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yay fəsli gələnə qədər Avropa İttifaqı (Aİ) Ukrayna ilə vizasız rejimə keçəcək. Bu barədə cümə günü Avrokomissiyanın bışçısı Jan-Klod Yunker Ukraynanın Baş naziri Vladimir Qroysmanla görüşü zamanı bəyan edib.

Vizasız rejim əldə etmək üçün Ukrayna demək olar, 150-dən artıq şərti yerinə yetirib və indi proses finiş xəttinə çatıb.

Vladimir Qroysmanın sözlərinə görə, yalnız texniki işlər qalır - hər ay müəyyən prosedurlar keçiriləcək və iyuna qədər yekun qərara gəlib çıxmaq mümkün olacaq.

Baş nazir «112 Ukrayna» telekanalının efirindən qeyd edib ki, əgər Avropanı bürüyən miqrasiya böhranı baş verməsəydi, hələ ötən il bu istiqamətdə razılaşma əldə etmək olardı,

Jan-Klod Yunker brifinqdə Qroysmanın sözlərini təsdiqləyərək, vizaların ləğvi üçün eyni müddəti təkrarlayıb.

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol