AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Latviya seyminin spikeri İnara Murnietse Rusiyanın bu ölkəyə yeni təyin olunmuş səfiri Yevgeni Lukyanovla görüşməkdən imtina edib.
Seymin rəyasətindən bildiriblər ki, yeni səfir tanışlıq məqsədilə gələn həftə Latviya parlamentinə gələcək («RİA Novosti»).
«RİA Novosti»-nin Seymdəki mənbəyə istinadla verdiyi məlumata görə, həmin gün spikerin sərbəst vaxtı olmayacaq - həmin gün sədrin Ukrayna səfiri ilə görüşü planlaşdırılıb. Görüş əvvəlcədən razılaşdırılıb.


Şərhlər