AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pakistan Rusiyanı birgə hərbi-dəniz təlimləri keçirməyə dəvət edib. Bu barədə Pakistan donanmasının komandiri, vitse-admiral Sayed Arifulla Hüseyni bəyan edib.
«Rusiya gəmiləri Aman-2017 təlimlərində iştirak edir. Biz, Rusiyanı həm də ikitərəfli təlimlərə dəvət etmişik. Bu, həm Rusiya, həm də Pakistandan asılıdır. Əgər iki ölkə təlim keçirmək istəsə, onlar bunu edəcəklər. Pakistan dəniz sektorunda qarşılıqlı fəaliyyət üçün hamıya açıqdır» - deyə, vitse-admiral «İnterfaks»a danışıb.
Pakistan və Rusiya arasında ikitərəfli təlimlərin keçirilməsinə Hindistanın münasibətini şərh edən vitse-admiral deyib: «Əgər Rusiya və Pakistan hesab etsə ki, qarşılıqlı fəaliyyət qarşılıqlı faydalıdır, o zaman onlar bunu davam etdirəcəklər. Əgər Hindistan bunun əksinə çıxış edirsə, onlar da bizimlə kommunikasiya qura bilərlər, amma bu, onların öz işidir».
«Bizim Rusiya ilə münasibətlərimiz qarşılıqlı xarakter daşıyır və son illər biz, bu münasibətlərin inkişafı üzərində işləyirik» - deyə, paeistanlı admiral əlavə edib


Şərhlər