Menu

Almaniyada Prezident seçkiləri keçirilir

12.02.2017, 14:21
Almaniyada Prezident seçkiləri keçirilir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyada federal Prezident seçkiləri keçiriləcək. Əsas namizəd ölkənin sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayerdir.

Ştaynmayerin namizədliyi hakim xrismtian-demokrat ittifaqı (XDİ) və sosial-demokrat partyası (SDP) koalisiyası tərəfindən irəli sürülüb.

Ölkə qanunlarına görə, Preziden Federal məclis tərəfindən 5 il müddətinə seçilir. Dövlət başçısı həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda və beynəlxalq səhnədə əsasən, təmsilçilik funksiyalarını icra edir.

Yeni Prezident hazırkı dövlət başçısı Yoahim Qauku əvəz edəcək. O, növbəti müddətə seçilməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol