BMT Təhlükəsizlik Şurası sabah Ukrayna ilə bağlı qapalı məsləhətləşmələr keçirmək üçün toplaşacaq. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, iclasda insan haqları ilə bağlı ölkədəki situasiya müzakirə ediləcək. Toplantıda BMT baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç hesabatla çıxış edəcək.
Qeyd edək ki, az öncə Moskva BMT və ATƏT-ə müraciət edərək Odessadakı faciənin beynəlxalq tədqiqinə nail olmağı xahiş eləmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ATƏT-in Ukrayna böhranı ilə bağlı “Yol xəritəsi” cinayətlərlə bağlı bütün məlumatlar üzrə təhqiqat aparılmasını nəzərdə tutur.


Şərhlər