Menu

Ana və azyaşlı oğlu dəm qazından boğularaq öldü

13.02.2017, 10:32
Ana və azyaşlı oğlu dəm qazından boğularaq öldü

Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub.

Digər hadisə isə rayonun Azadlıq prospekti ev 187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol