«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şimali Koreyanın orta mənzilli ballistik raket sınağı keçirməsinə cavab olaraq, Cənubi Koreya özünün ballistik raketini sınaqdan keçirmək imkanlarına baxır. Bu barədə xəbəri ölkənin müdafiə nazirliyinə istinadla, «RENXAP» agentliyi yayıb.
Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) sınaqlarla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) təcili islas keçirəcək. İclas qapalı keçəcək və günün ikinci yarısında - Nyu-York vaxtı ilə təxminən saat 17:00-də başlanacaq.

Şərhlər