Menu

Tayvanda sərnişin avtobusu aşıb, 28 nəfər ölüb

13.02.2017, 20:52
Tayvanda sərnişin avtobusu aşıb, 28 nəfər ölüb

Tayvanda ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident adanın inzibati mərkəzi olan Taybey şəhərində qeydə alınıb.

Məlumata əsasən, sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər ölüb, 16 nəfər xəsarət. Qəza zamanı avtobusda 44 sərnişin olub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol