Menu

9-cu sinif üzrə buraxılış imtahanlarının vaxtı açıqlandı

14.02.2017, 18:19
9-cu sinif üzrə buraxılış imtahanlarının vaxtı açıqlandı

9-cu sinif üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 2017‑ci il 05, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Снимок

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12‑də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol