Menu

PSJ "Barselona"nı darmadağın etdi - VİDEO

15.02.2017, 13:14
PSJ "Barselona"nı darmadağın etdi - VİDEO

Avrokuboklarda 2 aydan çox davam edən fasilə başa çatıb.

Qol.az-ın xəbərinə görə, bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

İlk oyun gününə iki qarşılaşma keçirilib. “Benfika” “Borussiya”nı qəbul edib. Maçtın taleyini 1 qol həll edib. İkinci hissənin əvvəlində fərqlənən meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Daha maraqla gözlənilən oyun isə Parisdə keçirilib. Burada PSJ “Barselona”nı qəbul edib. Matç sürpriz nəticə ilə yekunlaşıb. Belə ki, PSJ sensasiyaya imza ataraq Kataloniya klubu 4:0 hesabı ilə darmadağın edib.

14 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 1:0

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Qol: Mitroqlou, 49

PSJ (Fransa) – “Barselona” (İspaniya) 4:0

Baş hakim: Şimon Marçinyak (Polşa)

Qollar: Di Mariya, 18; 55 Draksler, 40, Kavani, 72

1/8 finalın digər ilk oyunları fevralın 15-i, 21-i və 22-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol