AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Şatatları (ABŞ) Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi üçün iki dövlətin yaradılması prinsipinin qaçılmaz olması mövqeyindən imtina etməyə hazırdır.
«Röyter» agentliyinin məlumatına görə, bu barədə ABŞ administrasiyasının yüksək məqamlı nümayəndəsi bəyan edib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ağ Ev tərəflərin barışması üçün öz şərtlərini diqtə etməyəcək.
Bu bəyanat İsrailin Baş naziri Benyamin Netenyahunun ABŞ-a səfəri ərəfəsinə təsadüf edir.
«İki xalq üçün - iki dövlət» prinsipi müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.


Şərhlər