Menu

On min dərman vasitəsinin qiyməti tənzimlənib - Tarif Şurası

16.02.2017, 11:36

derman-dermanlar-aptek“İndiyə kimi 10000-dən artıq dərman vasitəsinin qiyməti dövləti tərəfindən tənzimlənib”.

APA-nın xəbərinə görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, digər məhsullardan fərqli olaraq, vətəndaşlar dərman vasitələri haqqında geniş məlumata malik deyillər: “Dərman vasitələrinin qiymətləri sərbəst buraxılarkən bundan sui-istifadə hallarına yol verilir. Avropa ölkələrində də dərman vasitələrinin qiyməti tənzimlənir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol