Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu “SOCAR Turkey Energy” şirkətinə və İzmirdə inşası həyata keçirirlən “STAR” neft emalı zavoduna yeni təyinatlar olub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “STAR Rafineri A.Ş”nin baş direktoru İbrahim Palaz “SOCAR Turkey” şirkətinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
“Star Rafineri A.Ş”nin baş direktoru vəzifəsinə isə Mesut İlter təyin olunub.
Qeyd edək ki, bir çox şirkətdə müxtəlif vəzifələrdə çalışan Mesut İlter son təyinata qədər “Tüpraş”da texniki işlərdən məsul baş direktor müavini vəzifəsini icra edib.



Şərhlər