Menu

"Rusiya qədər tank və təyyarə yerləşdirməyəcəyik" - NATO

16.02.2017, 16:48

NATO Rusiya ilə soyuq müharibənin təkrarlanmasını istəmir

NATO Secretary General visits Patriot unit in TurkeyAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO Rusiya ilə soyuq müharibənin təkrarlanmasını istəmir. Bu barədə alyansın Baş katibi Yens Stoltenberq bəyan edib.

Hərbi blok Rusiyanın təcrid olunmasına qarşı çıxır və onunla dialoq qurmaq niyyətindədir. Stoltenberqin sözlərinə görə, dialoq «Avropada bütün dövlətlərin, o cümlədən, Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq» kimi əsas prinsiplər üzərində qurulmalıdır.

«Biz, dialoq apara bilərik, eyni zamanda bununla da proqnoza gələn sərt yanaşmanı və etibarlı təmkini təmin edə bilərik» - deyə, Baş katib Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

O, qeyd edib ki, NATO Rusiyanın yerləşdirdiyi tank və təyyarələr qədər tank və təyyarə yerləşdirməyəcək: «Bizim məqsədimiz - münaqişəni aradan qaldırmaqdan və onu yaratmamaqdan ibarətdir».

Bununla yanaşı, alyans Qara dənizdə öz iştirakını artırmağa hazırlaşır. Bu, Şimali Atlantika blokunun müdafiə gücünün artırılması elementlərindən biridir. Stoltenberq inandırmağa çalışıb ki, bu addım münaqişə yaratmağa və ya gərginliyi artırmağa istiqamətlənməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol