AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, cari ilin yanvar ayı üçün Rusiyada «real inflyasiya» dekabrla müqayisədə kəskin yüksəliş nümayiş etdirir. Bu barədə «Romir» araşdırıcı holdinqin hesabatında xəbər verilir.
«Rosstat»ın məlumatına görə, ölkədə rəsmi inflyasiya yanvar ayında 0,6 faiz təşkil edib. Bu zaman «Romir»in göstəriciləri aylıq inflyasiyanın 3,2 səviyyəsində olduğunu ortaya qoyur. Hesabatda bildirilir ki, bunca kəskin artımın «günahkarı» ay ərzində ərzaq məhsullarının qiymətlərinin 7,0 faiz və alkoqolun qiymətinin 12,0 faiz artması hesab olunur.
Bu ərəfədə Rusiya Prezidenti Vladimir Putin iqtiisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb. Dövlət başçısı inflyasiyanı Mərkəzi Bank və hökumətlə birlikdə, bölgələri də cəlb etməklə, «targetləşdirməyi» məsləhət görüb.
Nazir əlavə edib ki, hazırda inflyasiya 5,0 faiz səviyyəsindədir, ötən il isə 5,4 faiz səviyyəsində başa vurulub. 2017-ci ildə ölkədə inflyasiya planlaşdırılan göstəriciyə - 4,0 faizə çatacaq.


Şərhlər