Menu

Belarus Rusiya neftinə əvəz tapdı!

17.02.2017, 15:50

RUSSIA-BELARUS-POLITICS-DIPLOMACYAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Belarus Rusiya neftini əvəzləmək üçün yeni mənbə tapıb. Belə ki, bu ölkənin «BelOil» şirkəti İran milli neft şirkəti ilə kontrakt imzalayıb. Xəbəri «Röyter» agentliyi yayıb.

Sövdənin bağlanması barədə jurnalistlərə 4 mənbə birdən məlumat verib. İran neft şirkətinin köməyi ilə Minsk Rusiya Federasiyasından alınan xammalın həcminin azalması fonunda, çatışmayan həcmi kompensasiya etməyi planlaşdırır.

Fevralın 20-dən başlayaraq, ilk tankerlər yaxın günlərdə yüklənə bilər. Ehtimal olunur ki, İran nefti Odessa limanından və ya Baltik dənizindəki Ventipils limanından keçməklə çatdırılacaq. Ardınca, xammal dəmir yolu vasitəsilə daşınacaq.

Bundan bir neçə gün əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak Belarusun qaz borcunu tam ödəməsinin vacibliyini dilə gətirib.

Hal-hazırda Rusiya, Belarusun qaz borcunu ödəməməsi səbəbilə, bu ölkəyə nefti qısaldılmış qrafik əsasında göndərir. Belə ki, ötən il Rusiya tərəfi Belarusa cəmi 4 milyon ton neft göndərib, halbuki iki il əvvəl bu rəqəm 5,5 milyon ton təşkil edib.

Məhz bu səbəbdən dolayı, Belarus Prezidenti Lukaşenko hələ yanvar ayında Rusiya neftinə əvəz tapmağı hökumətdən tələb etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol