Menu

Əfv siyahısında Əli İnsanovla İlqar Məmmədovun da adı var

17.02.2017, 18:54
Əfv siyahısında Əli İnsanovla İlqar Məmmədovun da adı var

Ötən gün prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb.

"Qafqazinfo" xəbər verir ki, Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu cəbhə.info-ya açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:

“Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol