AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp nəhəng ABŞ KİV-ni ölkənin bütün sakinlərinin düşməni adlandırıb.
«Yalan məlumatlar yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) - mənim düşmənim deyillər. Onlar bütün amerikalıların düşmənidirlər» - deyə, Prezident öz «Tvitter»ində yazıb. Bu, ABŞ Prezidenti Donald Trampın Amerika KİV-nin ünvanına səsləndirdiyi ilk tənqidi fikir deyil. Bundan əvvəl o, ABŞ KİV-ni «yalançı» və «uğursuz» adlandırıb.
Fevralın 16-da mətbuat konfransında çıxış edən Tramp qeyd edib ki, yalan və yarımçıq xəbərlər Moskva ilə münəsibətlərin tənzimlənməsinə maneə təşkil edir.


Şərhlər