Menu

Üç yaşlı qız süd qazanına düşdü

18.02.2017, 18:19
Üç yaşlı qız süd qazanına düşdü

Salyan rayonunda üç yaşlı qız yanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol