Menu

Qarabağda vəhşiliklər törətmiş erməni general yenidən sədr seçildi

18.02.2017, 18:25
Qarabağda vəhşiliklər törətmiş erməni general yenidən sədr seçildi

Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan yenidən “Yerkrapa” Könüllülər İttifaqının sədri seçilib.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, bu seçim fevralın 18-də “Yerkrapa” Könüllülər İttifaqının növbəti qurultayında gerçəkləşib.

Qarabağ müharibəsi veteranlarından ibarət olan “Yerkrapa” yarımhərbi təşkilatdır. General Manvel Qriqoryan isə azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib.

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf etmişdi...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol