Menu

Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

18.02.2017, 22:32
Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.

Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün daşınmaların dayandırılmasına aydınlıq gətirməyib.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol