“Cinayət Məcəlləsinin 274-cü maddəsi indi daha çox istifadə olunacaq”. Bunu AzPolitika.info-ya açıqlamasında hüquq müdafiəçisi Leyla Yunus Azərbaycanda Cinayət Məcəlləsində dövlətə xəyanət cinayətinin cəzasının 12-20 ilə qədər artırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, istintaqda baş verənlərin sirr olaraq saxlanılması və məhkəmənin açıq keçirilməməsinə qanun çərçivəsində icazə verilir:

“Bundan sonra məhkəmələrdə nə jurnalistlər, nə hüquq müdafiəçiləri iştirak edə bilməyəcəklər. Belə məhkəmələr onlara imkan verir ki,  istədiklərini yazsınlar. Misal üçün, Marsda və ya Venerada nə isə partlayış etməklə də günahlandıra biləcəklər. Bunun üçün heç bir problem olmayacaq”.

Leyla Yunusun CM-nin sözügedən madəsində dəyişikliyin ona onun yoldaşına görə edildiyi ilə bağlı iddialara da münasibə bildirib.  “Mənim və ya həyat yoldaşımın adının cəsusluqda hallandırılması sarı mətbuatın fikrləridir. Əgər kimsə bu cür düşünmək istəyirsə qoyun düşünsün. Məni nədə ittiham edirdilərsə məhkəmə bu bir ay ərzində artıq qərar çıxarmalı idi. Çünki məni ora şahid kimi çağırmışdılar. Baxın, Rauf Mirqədirovu aprel ayının 19-da həbs ediblər. Bu gün artıq ayın 21-dir və onu ittiham etdikləri maddədə dəyişiklik olunur” .

Ülkər Musazadə